AFFA rəsmisi Slovakiya millisinin oyununa təyinat aldı
31.08.2022 , 09:50

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Korner.az xəbər verir ki, Mehdiyeva qadınlardan ibarət Gürcüstan millisinin Slovakiya yığmasına qarşı keçirəcəyi dünya çempionatının seçmə oyununda UEFA nümayəndəsi olacaq.
Sentyabrınn 1-də Qori şəhərində oynanılacaq qarşılaşma saat 20:00-da başlayacaq.
