AFFA rəsmisi “Real”ın oyununa təyinat aldı
18.11.2021 , 12:53

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Ştuxlik növbəti təyinat alıb.
Korner.az AFFA-nın saytına istinadən xəbər verir ki, o, UEFA Çempionlar Liqasında qrup mərhələsinin “Şerif” (Moldova) – “Real” (İspaniya) oyununun hakim-inspektoru olacaq.
Görüş noyabrın 25-də Tiraspol şəhərindəki “Şerif” stadionda keçiriləcək.
