AFFA rəsmisi PSJ-nin oyununa təyinat aldı
20.11.2020 , 17:54

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, o, UEFA Çempionlar Liqasının qrup mərhələsinin PSJ (Fransa) – “Leypsiq” (Almaniya) oyununun hakim-inspektoru olacaq.
Qeyd edək ki, görüş noyabrın 24-də Parisdə keçiriləcək.
