“İsraillə DÇ-2014-ün seçmə mərhələsi çərçivəsində heç-heçə (1:1) edən milli komanda üçün nəzərdə tutulmuş mükafat hələ verilməyib”.
Bu sözləri Korner.az-a açıqlamasında AFFA-nın Mətbuat və ictimaiyyətlə Əlaqələr Departamentinin rəisi Mikayıl Nərimanoğlu deyib.
Nərimanoğlu bildirib ki, hələ mükafatın hansı prinsiplə (əsas heyət+sonradan meydana çıxanlar, yoxsa bütövlükdə adı protokola düşənlər) bölünəcəyi də dəqiqləşməyib: “Hələ ki futbolçuların hansı prinsiplə mükafatlandırılacaqları bilinmir. Hazırda bunun üzərində iş aparılır”.
Qeyd edək ki, hər futbolçuya 50 min manat mükafatın nəzərdə tutulduğu deyilir.
