AFFA rəsmisi “Legiya”nın oyununda
06.07.2021 , 16:43

AFFA-nın Hakimlər Komitəsinin sədri Frits Stuxlik UEFA-dan yeni təyinat alıb.
Korner.az xəbər verir ki, o, Polşanın “Legiya” və Norveçin “Budo Qlimt” komandaları arasında Çempionlar Liqasının 1-ci təsnifat mərhələsinin cavab oyununun hakim-inspektoru olacaq.
Bu barədə AFFA-nın rəsmi saytı məlumat yayıb. Sözügedən qarşılaşma iyulun 14-də Varşavada keçiriləcək.
Qeyd edək ki, Azərbaycan millisini hücumçusu Mahir Emreli “Legiya”da çıxış edir.
