AFFA rəsmisi Konfrans Liqası oyununa təyinat aldı
15.07.2022 , 20:52

Zaur Hacı-Məhərrəmov UEFA-dan təyinat alıb.
Korner.az xəbər verir ki, o, “Şkendiya” (Şimali Makedoniya) və “Valmiera” (Latviya) arasındakı Konfrans Liqasının II təsnifat mərhələsinin cavab oyununda UEFA nümayəndəsi olacaq.
Görüş iyulun 28-də Skopye şəhərindəki “Todor Proeski National Arena”da keçiriləcək.
