AFFA-nın İnformasiya və İctimaiyyətlə Əlaqələr Departamentinin rəhbəri Mikayıl Nərimanoğlu mətbuata müraciət edib.
Korner.az-ın məlumatına görə, qurumun rəsmisi klub rəhbərlərindən birinin oğlu üçün maşın alması barədə KİV-də yayılan informasiyalara münasibət bildirib.
Nərimanoğlu şəxsi “Facebook” səhifəsində bu sözləri yazıb: “Hörmətli həmkarlar! Son günlər bəzi internet portallarında mənim xahişimə əsasən hansısa klub rəhbəri tərəfindən oğluma maşın alındığı barədə əsassız məlumatlar yayılır. Bunu nəzərə alaraq, sizdən xahiş edirəm ki, bunu sona qədər araşdırın. Kim mənim oğluma və mənə hansısa maşının kimsə tərəfindən hədiyyə edildiyini tapsa, həmin maşını o jurnalistə hədiyyə edəcəm. Məlumat üçün bildirirəm ki, böyük oğlum əsgərlikdədi (daxili qoşunlarda), kiçik oğlum isə hələ orta məktəbdə oxuyur”.
