AFFA rəsmisi Gürcüstan klubunun oyununa təyinat aldı
03.07.2023 , 15:19

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, qurumun İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.
Korner.az xəbər verir ki, o, Gürcüstanda “Torpedo” ilə Bosniya və Herseqovinanın “Sarayevo” komandaları arasında oynanılacaq Konfrans Liqasının I təsnifat mərhələsinin ilk matçında UEFA nümayəndəsi olacaq.
Qeyd edək ki, iyulun 13-də Kutaisidə keçiriləcək qarşılaşma Bakı vaxtı ilə saat 21:00-da başlayacaq.
