AFFA rəsmisi “Fənərbağça”nın oyununda
23.09.2024 , 12:30

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Korner.az xəbər verir ki, O, UEFA Avropa Liqasının 1-ci turu çərçivəsində keçiriləcək “Fənərbaxça” (Türkiyə) – “Yunion” (Belçika) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma sentyabrın 26-da İstanbuldakı “Şükrü Saracoğlu” stadionunda keçiriləcək.
