AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat alıb
13.01.2025 , 17:30

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən təyinat alıb.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, o, UEFA Avropa Liqasının 7-ci turunda keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Lion” (Fransa) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma yanvarın 23-də İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda baş tutacaq.
