AFFA rəsmisi “Fənərbağça”nın oyununa təyinat aldı
25.02.2025 , 11:55

AFFA-nın Klubların Lisenziyalaşdırılması Departamentinin direktoru Elçin Məmmədov UEFA tərəfindən növbəti təyinat alıb.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın saytı məlumat yayıb.
O, UEFA Avropa Liqasının 1/8 final mərhələsi çərçivəsində keçiriləcək “Fənərbağça” (Türkiyə) – “Reyncers” (Şotlandiya) oyununun UEFA Matç direktoru (UEFA Venue Director) olacaq.
Qarşılaşma martın 6-da İstanbulda yerləşən “Şükrü Saracoğlu” stadionunda oynanılacaq. Matç Bakı vaxtı ilə saat 21:45-də başlayacaq.
