Futbol

AFFA rəsmisi ÇL matçına təyinat aldı

30.06.2022 , 10:40

AFFA-nın Beynəlxalq Əlaqələr Şöbəsinin müdiri, AFFA İcraiyyə Komitəsinin üzvü Könül Mehdiyeva UEFA-dan yeni təyinat alıb.

Korner.az xəbər verir ki, o, Slovakiyada Bratislava “Slovan”ı ilə Gürcüstanın “Dinamo” (Batumi) komandası arasında keçiriləcək Çempionlar Liqasının birinci təsnifat mərhələsinin ilk oyununun UEFA nümayəndəsi olacaq.

Oyun iyulun 6-da keçiriləcək.

Son yazılar

Yuxarı