AFFA rəsmisi beynəlxalq oyuna təyinat aldı
02.11.2020 , 17:38

AFFA Hakimlər Komitəsinin sədri Frits Ştuxlik beynəlxalq oyuna təyinat alıb.
Korner.az xəbər verir ki, avstriyalı mütəxəssis UEFA Millətlər Liqasında Moldova – Yunanıstan matçında hakim-inspektor olacaq.
Qarşılaşma noyabrın 15-də Kişinyov şəhərindəki “Zimbru” stadionunda keçiriləcək.
