AFFA rəsmiləri Region Liqası qarşılaşmasında – FOTO
27.10.2019 , 20:35

AFFA-nın təşkil etdiyi Region Liqasında 2019/2020-ci il mövsümünün birinci turu tərçivəsində bu gün Şamaxı Olimpiya İdman Kompleksinin meydanında “Şamaxı” və “İmişli” komandaları qarşılaşıb.
Korner.az xəbər verir ki, təxminən 1000 nəfərə yaxın azarkeşin trubunadan seyr etdiyi qarşılaşmanı AFFA-nın baş katibi Elxan Məmmədov, Şamaxı rayon İcra Hakimiyyətinin başçısı Tahir Məmmədov, AFFA İcraiyyə Komitəsinin üzvü, Regional Futbol Federasiyaları İctimai Birliyinin prezidenti İsgəndər Cavadov da izləyib.
Qarşılaşma 1:0 hesabı ilə “Şamaxı” komandasının xeyrinə yekunlaşıb.
