AFFA rəhbərliyi UEFA-nın Konqresində iştirak edəcək
03.04.2025 , 09:57

AFFA rəhbərliyi bu gün Serbiyanın paytaxtı Belqradda keçiriləcək UEFA-nın 49-cu Konqresində iştirak edəcək.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Konqresə AFFA-nın icraçı vitse-prezidenti Sərxan Hacıyev, baş katib Cahangir Fərəcullayev və icraçı vitse-prezidentin müşaviri Orxan Əhmədov qatılacaq.
