AFFA prezidenti Rövnəq Abdullayev ölkəmizdə səfərdə olan Braziliyanın idman naziri Aldo Rebelo ilə görüş keçirib.
Korner.az-ın AFFA-nın saytına istinadən verdiyi məlumata görə, görüşdə AFFA ilə Braziliya Futbol Federasiyaları arasında əməkdaşlıq layihələri müzakirə olunub.
Tədbirdə AFFA-nın vitse-prezidenti Elşad Nəsirov, baş katibi Elxan Məmmədov və Gənclər və İdman nazirinin müavini İsmayıl İsmayılov iştirak edib.
