Ölkə futbolu

AFFA “Qarabağ”ı cərimələdi

26.11.2021 , 16:27

AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.

Korner.az xəbər verir ki, toplantıda Premyer Liqanın XI turunda qeydə alınan neqativ hallara hüquqi qiymət verilib.

“Qarabağ” – “Keşlə” oyununda matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

“Neftçi” – “Sabah” oyununda “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 1600 manat cərimə olunub.

“Sabah” klubunun oyunçularının geyimlərindəki qüsurlara görə matç gec başlandığı üçün klub 800 manat cərimə olunub. Klubunun baş məşqçisi Murad Musayev “A” buraxılış vəsiqəsindən istifadə etmədiyinə görə kluba xəbərdarlıq edilib.

Matç bitdikdən dərhal sonra azarkeş meydançaya daxil olduğu üçün meydan sahibi klub 1600 manat cərimə olunub.

​“Qəbələ” – “Sumqayıt” oyununda “Sumqayıt” klubunun 3 nömrəli futbolçusu Vurğun Hüseynov matçın 83-cü dəqiqəsində “sonuncu ümid folu”-na görə qırmızı vərəqə ilə meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanıb klub 200 manat cərimə olunub.

Son yazılar

Yuxarı