Bu gün AFFA-nın İntizam Komitəsinin iclası keçirilib.
Korner.az-ın məlumatına görə, Topaz Premyer Liqasının XXIX turunda baş verənlər xoşagəlməz olaylara hüquqi qiymət verilib.
“Turan”la “İnter” 5 futbolçusu sarı vərəqə aldığı görə hərəyə 1000 manat cərimələnib. İki sarı vərəqəyə meydandan çıxarılan futbolçular – Cavid Tağıyev (AZAL), Orxan Lalayev, Samuel Barlay (hər ikisi “Rəvan”), Ruslan Qurbanov (“Sumqayıt”) haqda eyni qərar çıxarılıb: 1 oyunluq cəza, 200 manat.
“Qarabağ” “Neftçi” ilə ev oyununun 1-ci və 72-ci dəqiqəsində azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün 1000 manat cərimələnib.
