Ölkə futbolu

AFFA “Qəbələ”ni 4 min manat cərimələdi

23.09.2021 , 23:29

AFFA İntizam Komitəsinin iclası keçirilib.

Korner.az xəbər verir ki, bu gün baş tutan iclasda aşağıdakı qərarlar qəbul edilib:

Premyer Liqanın IV turunun “Qəbələ” – “Səbail” oyunu gec başlandığı üçün meydan sahibi klub 3200 manat cərimə olunur;

“Qəbələ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 800 manat cərimə olunur;

“Səbail” klubunun 77 nömrəli futbolçusu Ədilxan Qarəhmədov ikinci sarı vərəqə alaraq meydançadan kənarlaşdırıldığı üçün 1 oyun cəzalanır, klub 200 manat cərimə olunur.

Son yazılar

Yuxarı