Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, iclasda Azərbaycan kubokunun yarımfinal mərhələsi və Topaz Premyer Liqanın 33-cü turunda yol verilən qayda pozuntuları ilə bağlı müvafiq qərarlar qəbul edilib.
Azərbaycan Kubokunun 1/2 mərhələsinin cavab oyunu olan “Qəbələ” – “Neftçi” matçında hər iki klubun azarkeşləri tərəfindən pirotexniki vasitələrdən istifadə edildiyinə görə klublar 1000 manat cərimə olunub.
Oyunun 113 – cü dəqiqəsində “Qəbələ” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşyalar atıldığı üçün klub 2000 manat cərimə olunub.
Topaz Premyer Liqanın XXXIII turunun “Zirə” – “Qəbələ” matçında
