Azərbaycan milli komandasının baş məşqçi vəzifəsinə namizədlərdən biri olan Robert Prosineçki bu gün Premyer Liqanın 13-cü turu çərçivəsində “Dalğa Arena”da keçiriləcək “Xəzər Lənkəran” – “Neftçi” qarşılaşmasını stadiondan canlı izləyəcək.
Korner.az AFFA-ya istinadən xəbər verir ki, o, ölkəmizin futbol təsərrüfatı ilə tanış olduqdan sonra AFFA rəhbərliyi ilə danışıqların növbəti mərhələsinə başlayacaq.
