AFFA prezidentinin deputatlığa namizədliyi irəli sürülmədi
27.12.2019 , 15:20

SOCAR-ın və AFFA-nın prezidenti Rövnəq Abdullayev fevralın 9-da keçiriləcək növbədənkənar parlament seçkisində iştirak etməyəcək.
Korner.az “Qafqazinfo”ya istinadən yaydığı məlumata görə, siyahıda bir sıra tanınmış YAP-çı deputatlar yer almayacaq. Onların arasında R.Abdullayev də var. YAP yüksək dövlət vəzifəsi tutan şəxslərin parlamentdə təmsil olunması məqsədəuyğun hesab etməyib.
Beləliklə, partiya R.Abdullayev də daxil olmaqla bir neçə tanınmış şəxsin namizədliyini irəli sürməyib.
Xatırladaq ki, R.Abdullayev üç çağırış Milli Məclisin deputatı olub.
