Azərbaycan çempionatının I divizionunda XXX turun “Energetik” – “Bakılı” matçı baş tutmamışdı.
Korner.az-ın məlumatına görə, mövsümün son turunun oyunu ilə bağlı AFFA-nın İntizam Komitəsi aydınlıq gətirib. Qurum qarşılaşmada iştirak etməyən qonaq komandaya 0:3 hesablı texniki məğlubiyyət verib. Bundan başqa, bakılılar 500 manat cərimə olunub.
