AFFA Oqtay Abdullayevi təbrik etdi
19.03.2025 , 17:31

AFFA rəhbərliyi veteran futbolçu Oqtay Abdullayevi 70 illik yubileyi münasibətilə təbrik edib.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Qurumun icraçı vitse-prezidenti Sərxan Hacıyev və baş katibi Cahagir Fərəcullayev keçmiş futbolçuya üzərində “70” yazılan xatirə hədiyyəsi təqdim edib.
