AFFA-nın inzibati binasında “Azercell U-17 Liqa”nın 2011-2012-ci il mövsümünü mükafatçılar sırasında başa vurmuş komandaların təltifetmə mərasimi keçirilib. Korner.az-ın məlumatına görə, məlumatına görə, turnirin qalibi olan “İnter”ə qızıl medallar, diplom, kubok və AFFA-nın vəsaiti hesabına ölkə xaricində bir həftəlik təlim-məşq toplanışı keçirmək hüququ verən sertifikat təqdim olunub. İkinci yeri tutmuş “Qarabağ”a gümüş medallar və diplomlar verilib. Bundan başqa, “İnter”in yarımmüdafiəçisi Qurbanəli Əliyev liqanın ən yaxşı oyunçusu, “Neftçi” İSM-in üzvü Nicat Muxtarov isə bombardiri üçün təsis olunmuş mükafata layiq görülüb.
