AFFA nümayəndəsi 2 medalla təltif olundu
26.12.2020 , 16:18

AFFA-nın Kütləvi Futbol departamentinin mütəxəssisi Orxan Mikayıllı vətən müharibəsində iştirak edib və iki medalla təltif edilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın feysbuk səhifəsi məlumat yayıb.
Xəbərdə Mikayıllının Azərbaycan prezidenti İlham Əliyevin sərəncamı ilə “Xocavəndin azad olunmasına görə” və “Füzulinin azad olunmasına görə” medalları ilə təltif olunduğu bildirilib.
