AFFA nümayəndələri UEFA-nın seminarında
05.03.2021 , 16:47

Videokonfrans formatında UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play”i mövzusuna həsr olunmuş seminar keçirilib.
Korner.az xəbər verir ki, bu barədə AFFA-nın mətbuat xidməti məlumat yayıb.
Lisenziyalaşdırma qrupunun rəhbəri Sərxan Hacıyev, qrupun üzvləri Bəhram Dadaşov, Aynur Abdullayeva və Fərhad Ələkbərovun iştirak etdiyi seminarda aşağıdakı qeyd olunan mövzülar müzakirə olunub:
– UEFA-nın Klubların Lisenziyalaşdırılması və “Maliyyə Fair Play” sisteminin inkişafı
– Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartları
– Klublara Maliyyə Nəzarəti Orqanının (Club Financial Control Body (CFCB) fəaliyyəti və s.
