AFFA-nın yeni Nizamnaməsi qəbul olundu
08.01.2020 , 10:56

Bu gün AFFA-nın növbədənkənar iclası keçirilib.
Korner.az xəbər verir ki, konfrans “Bulvar otel”də təşkil edilib. Tədbirdə federasiyanın prezidenti Rövnəq Abdullayev, I vitse-prezidenti və baş katib Elxan Məmmədov iştirak edib.
Konfransın gündəliyində bu məsələlər daxil edilib:
– AFFA-nın Nizamnaməsinə əlavə və dəyişikliklərlə bağlı təkliflərə baxılması;
– Digər məsələlər.
Təklif olunan əsas müddəalar:
1. AFFA-nın idarəetmə orqanlarının
müvafiq anlayışlarının verilməsi
2. Hüquq təqibedici orqan anlayışının daxil edilməsi
3. Müvafiq müddətlərin müəyyənləşməsi
4. AFFA İcraiyyə Komitəsinin tərkibində dəyişiklik və üzvlərin sayının artırılması
5. İcraçı vitse-prezident vəzifəsi təsis edilməklə vitse-prezidentlərin sayının 4 olaraq müəyyənləşdirilməsi
6. Prezident və icraçı vitse-prezidentin səlahiyyətlərinin müəyyənləşdirilməsi
7. Birdən artıq sayda kluba nəzarət qaydasının tam olaraq UEFA-nın Nizamnaməsinə uyğunlaşdırılması
8. Digər dəyişikliklər
Növnədənkənar Konfransın çağırılması barədə qərar AFFA İcraiyyə Komitəsinin 2019-cu il dekabrın 13-də keçirilmiş iclasında qəbul olunub.
