AFFA milli komandamızın baş məşqçi postuna axtarışlarını davam etdirir.
Korner.az Goal.az-a istinadən xəbər verir ki, millinin baş məşqçi postuna Joze Morais keçə bilər. Belə ki, dünən AFFA Joze Mourinyonun köməkçisi olmuş mütəxəssislə görüşüb.
Qeyd edək ki, Joze Moraisin son iş yeri “Al-Shabab” klubu olub. Bundan öncə isə o, “Çelsi”də Mourinyonun köməkçisi kimi fəaliyyət göstərib.
