21 yaşadək futbolçulardan ibarət komandalar arasında Avropa çempionatının seçmə mərhələsinin 4-cü qrupunda noyabrın 14-də keçiriləcək Macarıstan – Albaniya oyununu ölkəmizi təmsil edən hakimlər idarə edəcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, Budapeştdə keçiriləcək oyun Rəhim Həsənova həvalə edilib.
