Martın 11-də AFFA-nın növbəti Hesabat-Seçki Konfransı keçiriləcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən məlumatına görə, konfrans “Hilton” otelində baş tutacaq.
Saat 10:00-da başlayacaq konfransın gündəliyinə AFFA-nın Nizamnaməsinə uyğun olaraq aşağıdakı məsələlər daxil edilib:
– Prezident tərəfindən salamlama
– Yığıncağın tərkibinin yoxlanılması
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təqdim olunması
– Maliyyə hesabatının təsdiq olunması
– Müstəqil auditorun və AFFA-nın Yoxlama və Təftiş Komitəsinin hesabatını nəzərə almaq
– Növbəti ilin büdcəsinin təsdiq olunması
– AFFA prezidentinin seçilməsi
– İcraiyyə Komitəsinin üzvlərinin seçilməsi
– Hər hansı vakant vəzifəyə seçkilər
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması
– Digər məsələlər.
