21 yaşadək futbolçulardan ibarət milli komandamız AÇ-2015-in seçmə mərhələsinin püşkatması zamanı beşinci səbətdə yer alacaq.
Korner.az-ın məlumatına görə, millimizlə yanaşı Şimali İrlandiya, Albaniya, Farer adaları, Litva, Qazaxıstan, Estoniya, Malta, Lüksemburq, Andorra, Lixtenşteyn və San-Marino da yer alıb. Bu isə o deməkdi ki, yığmamız püşkatma zamanı bu komandalara rəqib olmayacaq.
Qeyd edək ki, püşkatma mərasimi yanvarın 31-də Nyonda keçiriləcək.
Bütün səbəblərin tərkibi isə belədi:
1-ci səbət: İspaniya, Hollandiya, İtaliya, Almaniya, İsveçrə, Rusiya, Fransa, İsveç, İsrail.
2-ci səbət: Rumıniya, Serbiya, Türkiyə, Ukrayna, Şoltandiya, Portuqaliya, Danimarka, Belarus, Uels.
3-cü səbət: Yunanıstan, Slovakiya, Belçika, Macarıstan, Ermənistan, Xorvatiya, Norveç, Monteneqro, Finlandiya, Sloveniya.
4-cü səbət: Bosniya, Polşa, Gürcüstan, İslandiya, Moldova, İrlandiya, Bolqarıstan, Kipr, Makedoniya, Latviya.
