AFFA-nın “Mançester Yunayted” məktəbi fəaliyyətini dayandırdı
28.08.2018 , 13:22

Bakı şəhərində fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbi ilə əməkdaşlıq başa çatıb.
Bu barədə AFFA məlumat yayıb.
Bildirilir ki, uşaq futbolunun inkişafı məqsədilə 2014-cü ildə təsis olunan, Azərbaycan Futbol Federasiyaları Assosiasiyası və İngiltərənin “Mançester Yunayted” klubunun birgə əməkdaşlığı çərçivəsində Bakıda fəaliyyət göstərən “Mançester Yunayted” Futbol Məktəbinin fəaliyyət müddəti tərəflər arasında bağlanmış müqaviləyə əsasən başa çatıb.
