AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyətinə qiymət verildi
10.03.2021 , 18:58
İsveçrənin SGS şirkəti 2020-ci ildə AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti ilə bağlı apardığı yoxlamanın nəticələrini açıqlayıb.
Korner.az xəbər verir ki, bununla bağlı şirkətdən AFFA-ya məktub ünvanlanıb.
Məktubda qeyd olunub ki, AFFA-nın Lisenziyalaşdırma qrupunun fəaliyyəti UEFA-nın Klubların Lisenziyalaşdırma üzrə keyfiyyət standartlarına uyğundu.
Lisenziyalaşdırma qrupu 2021-2022-ci il Lisenziyalaşdırma mövsümündə Azərbaycan klublarının UEFA yarışlarında iştirakı ilə bağlı lisenziyalaşdırma prosesini həyata keçirmək hüququna malikdi.
SGS şirkəti müvafiq yoxlamaları UEFA-nın sifarişi əsasında həyata keçirir.