AFFA-nın Konfransının vaxtı məlum oldu
24.01.2022 , 17:21

Fevralın 2-də, “Baku Marriott Hotel Boulevard” oteldə AFFA-nın növbəti Konfransı, Konfransdan dərhal sonra isə İcraiyyə Komitəsinin iclası keçiriləcək.
Korner.az xəbər verir ki, saat 10:00-da başlayacaq Konfransın gündəliyinə aşağıdakı məsələlər daxil olunub:
– Prezident tərəfindən iclasın açıq elan edilməsi;
– Konfransın tərkibinin yoxlanılması;
– İcraiyyə Komitəsinin prezident tərəfindən təqdim olunmuş fəaliyyəti haqqında hesabatının təsdiq olunması;
– Maliyyə hesabatlarının təsdiq olunması;
– Müstəqil auditorun hesabatını nəzərə almaq;
– Hər hansı vakant vəzifəyə seçkilər;
– AFFA üzvlərinin təkliflərinin qəbul olunması;
– Digər məsələlər.
Konfransa giriş dəvətnamə ilə olacaq.
Media nümayəndələrinin Konfransda iştirakı ilə bağlı akkreditasiya üçün qeydiyyat aparılacaq.
