Bu gün Azərbaycan Dövlət Bədən Tərbiyəsi və İdman Akademiyasında Tələbə Futbol Federasiyasının növbədənkənar Konfransı keçirilib.
Korner.az-ın məlumatına görə, konfransda Tələbə Futbol Federasiyasının prezidenti seçilib.
Bu vəzifəyə Təhsil nazirinin müavini, AFFA-nın İcraiyyə Komitəsinin üzvü Firudin Qurbanov təyin edilib.
