AFFA-nın hədəfindəki oyunçu Türkiyə millisinə çağırılır
24.07.2020 , 12:51

Millimizdə oynamaqdan imtina edən Almaniyanın “Darmştadt” klubunun hücumçusu Sərdar Dursun istədiyinə nail olur.
Korner.az-ın məlumatına görə, o, Türkiyə millisinə çağırıla bilər.
“Ay-ulduzlular” Millətlər Liqasında senyabrın 3-də Macarıstan, 6-da isə Serbiya ilə qarşılaşacaq. Günəşin bu dönəmdə heyətə yeni oyunçular cəlb edəcəyi bildirilir. Cenk Tosunun zədəli olması hücum xəttində problem yarada bilər. Bu səbəbdən də baş məşqçinin Serdar Dursunu milliyə dəvət etməsi gözlənilir.
