Süni meydançalar futbolun bir nömrəli düşməni hesab olunur. Təəssüf ki, bu tendensiya Azərbaycanda da geniş yayılıb və hazırda Premyer Liqada çıxış edən 10 klubdan tən yarısı bu tip meydançaların xidmətindən yararlanır. Ən çox təəssüf doğuran isə bütün bunlara AFFA-nın rəvac verməsidir. Elə AFFA-nın hesabına tikilən “Dalğa Arena”, “Bayıl Arena”, Sumqayıt İdman Mərkəzinin stadionu, Tovuz Şəhər Stadionu, Ağsu Şəhər Stadionu və bir sıra digər stadionların örtüyü də sünidir.
Korner.az-ın məlumatına görə, bu stadionlardan “Bayıl Arena”nın süni örtüyü yaxın zamanlarda təbii örtüklə əvəzlənəcək.
Artıq AFFA rəhbərliyi bu məsələnin müzakirəsinə start verib. Burada əsas səbəb gələn il Bakıda keçiriləcək Avropa oyunlarıdı. Bildiyiniz kimi, proqramda futbol da əssa yer tutur və həm FİFA, həm də UEFA ilk növbədə təbii örtüyün tərəfdarıdır. Elə AFFA-ya da bununla bağlı tapşırıq öncədən verilib. Federasiya rəhbərliyi Tofiq Bəhramov adlna Respublika, eləcə də “Bakcel Arena” və Olimpiya stadionunu ilə bərabər “Bayıl Arena”nın da xidmətindən istifadə etməyi düşünür. Məhz bu mənada gələn ilə kimi Bayıldakı arenaya təbii örtüyün döşənməsi planlaşdırılır.
rekord.az
