Bu gün İsrailin paytaxtı Təl-Əvivdə müxtəlif milli assosiasiyaların prezident və baş katiblərinin iştirakı ilə UEFA-nın “TopExecutive” proqramı çərçivəsində dəyirmi masa start götürəcək.
Korner.az-ın AFFA-nın rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə AFFA-nın baş katibi Elxan Məmmədov iştirak edəcək. Dəyirmi masa 2 gün davam edəcək.
