AFFA-nın baş katibi “Barselona”nın nümayəndələri ilə görüşdü – FOTO
01.04.2025 , 17:15

“Barselona”nın Avropa, Orta Şərq və Afrika (EMEA) üzrə akademiyalarının rəhbəri Mark Sabate Ferre, həmçinin klubun Avropa və Afrika üzrə akademiyalarının texniki koordinatoru Bernat Vilya Ay Qorris Azərbaycana səfər çərçivəsində AFFA-da olublar.
Korner.az xəbər verir ki, bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
Onlar AFFA-nın baş katibi Cahangir Fərəcullayevlə görüşüblər. Görüş zamanı “Barselona”nın Azərbaycanda açılacaq akademiyası ilə bağlı fikir mübadiləsi aparılıb.
İspaniya klubunun nümayəndələri AFFA-nın baş katibinə xatirə hədiyyəsi təqdim ediblər.
