AFFA-nın 2021-ci il üçün gəlirləri və xərcləri məlum oldu
02.02.2022 , 11:17

Bu gün AFFA-nın 30-cu hesabat konfransı keçirilib.
Korner.az xəbər verir ki, tədbirdə 2021-ci ildə AFFA-nın xərcləri və gəlirləri açıqlanıb. Gəlirlər 26 636 579 manat, xərclər isə 21 845 243 manat təşkil edib.
Gəlirlərin 12 000 000 manatı SOCAR, 5 016 000 manatı UEFA-dan, 5 742 346 manatı yayımdan, 2 923 188 manatı FIFA-dan, 47 200 manatı “Coca Cola”dan, 16 874 manatı UNİCEF-dən, 236 000 manatı Paşa Sığortadan, 123 900 manatı “Procter and Gamble”dən, 530 646 manatı isə digər mənbələrdən daxil olub.
