Fevralın 19-da, İsveçrənin Nyon şəhərində, UEFA-nın mənzil-qərargahında klubların lisenziyalaşdırılması və Maliyyə “Fair Play” qaydaları üzrə seminar keçiriləcək.
Korner.az-ın məlumatına görə, seminarda AFFA-nın Lisenziyalaşdırma Qrupunun rəhbər müavini İlqar Əliyev və kadr-inzibati və maliyyə meyarları üzrə eksperti Bəhram Dadaşov iştirak edəcəklər.