AFFA-nın əməkdaşı “İnter”in oyununa təyinat aldı
20.02.2020 , 18:54

AFFA-nın əməkdaşı Zaur Hacı-Məhərrəmov UEFA tərəfindən təyinat alıb.
Korner.az xəbər verir ki, martın 3-də “Ernesto Breda” stadionunda UEFA Gənclər Liqası çərçivəsində keçiriləcək “İnter” (İtaliya) – “Renn” (Fransa) oyununun UEFA nümayəndəsi Zaur Hacı-Məhərrəmov olacaq.
