AFFA-nın Lisenziyalaşdırma qrupunun rəhbəri Elçin Məmmədov Belçikanın Brüssel şəhərində yerləşən Beynəlxalq Futbol Biznes İnstitutunun (İnternational Football Business İnstitute) dəvəti ilə qonaq mühazirəçi qismində “Executive Master in Football Business” kursunun magistr tələbələri üçün aşağıdakı mövzular üzrə mühazirə oxuyub:
– Klubların Lisenziyalaşdırması sistemi
– UEFA-nın klub yarışları çərçivəsində oyunların təşkili
