Həvəskarlar arasında Azərbaycan birinciliyinin “Qəbələ-2″ – “Neftçi” ROİL matçında “Neftçi” ROİL-in heyətində peşəkar futbolçunun iştirak etdiyi aşkar edilib.
Korner.az-ın məlumatına görə, araşdırmalardan sonra “Neftçi” ROİL-in heyətində meydana çıxan Elbrus Beybudovun I divizionda çıxış edən MOİK-in üzvü olduğu və həmin klubla peşəkar müqaviləsinin mövcudluğu məlum olub. “Neftçi” ROİL-in heyətində peşəkar futbolçu çıxış etdiyi üçün kluba 0:3 hesablı texniki məğlubiyyət verilib.
