AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, 27 fevral 2013-cü il, 2012/2013 mövsümündə, XXI Azərbaycan Kubokunun 1/4 final “Simurq” – “Neftçi” matçı başa çatdıqdan sonra “Neftçi” klubun 25 №-li futbolçusu Cavid İmamverdiyev rəqibə tüpürdüyünə görə birbaşa qırmızı vərəqə aldığı üçün futbolçu 6 oyunluq cəzalanır, klub 5000 manat cərimə olunub (bu cəza kubok oyunlarına şamil edilir) .
XXI Azərbaycan Kubokunun 1/4 final “Bakı” – “İnter” matçında “İnter” klubun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
XXI Topaz Premyer Liqasının XXII turunun “Kəpəz” – “Simurq” matçında “Kəpəz” klubun 6 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
“Rəvan” – “Bakı” matçında “Rəvan” klubun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.