AFFA-nın İntizam Komitəsinin növbəti iclası keçirilib.
Korner.az-ın məlumatına görə, XXI Topaz Premyer Liqasının XXIV turunun “Xəzər Lənkəran” – AZAL matçının 72-ci dəqiqəsində AZAL klubunun 4 №-li futbolçusu Junior Ailton idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalandırılaraq klubu 200 manat cərimə olunub.
“İnter” – “Neftçi” ” matçında "bankirlər”in 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.
Oyunun 28-ci dəqiqəsində “Neftçi” klubunun azarkeşləri tərəfindən meydançaya kənar əşya atıldığı üçün klub 2000 manat cərimə olunub.
