FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin 1/4 final mərhələsi çərçivəsində, C qrupunun qalibi ilə D qrupunda ikinci yeri tutmuş komanda arasında arasında sentyabrın 27-də keçiriləcək qarşılaşmanın stadionu dəyişdirilib.
Korner.az-ın məlumatına görə, oyun, əvvəlcədən nəzərdə tutulduğu kimi, Tofiq Bəhramov adına Respublika stadionunda deyil, 8-ci km stadionunda keçiriləcək.
Buna səbəb "Neftçi" klubunun UEFA Avropa Liqasının qrup mərhələsində oktyabrın 4-də, Tofiq Bəhramov adına Respublika stadionunda İtaliyanın "İnter" klubu ilə qarşılaşmasıdır.
FIFA U-17 qadınlararası dünya çempionatı Azərbaycan 2012-nin qeyd olunan oyununun başqa stadiona keçirilməsi ilə bağlı AFFA FIFA-ya müraciət edib və beynəlxalq futbol qurumu bu müraciəti müsbət cavablandırıb.
