big boobs kissing touching figure big tited hot office bregette porns bbcpie big black dick pours multiple creampies into tiny blonde indian aunties outdoors hydden caught sexy hot picture download desi sex video sexy among us domination milky cumsplosion with inflation blast
Futbol

AFFA `Neftçi` ilə `Qəbələ arasında ayrı-seçkilik etdi

24.04.2012 , 09:44

Flavinyo bağışlandı, Mahir Şükürov cəzalandırıldı

 

Bu gün AFFA İntizam Komitəsinin növbəti iclası keçirilib. Korner.az-ın PFL-in rəsmi saytına istinadən verdiyi məlumata görə, tədbirdə ölkə kuboku və  Premyer Liqanın sonuncu turunda baş verənlərlə bağlı müvafiq qərarlar çıxarılıb.

Azərbaycan kubokunun ½ final “İnter” – “Neftçi” matçında “Neftçi” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXIX turunun “Rəvan” – “Turan” matçında “Turan” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Oyunun 60-cı dəqiqəsində “Rəvan” klubunun 6 nömrəli futbolçusu Taqim Novruzov idmançıya yaraşmayan hərəkətə görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.

Premyer Liqanın XXIX turunun “Simurq” – “Sumqayıt” matçında “Sumqayıt” klubunun 5 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimə olunub.

Oyunun 54-cü dəqiqəsində “Sumqayıt” klubunun 10 nömrəli futbolçusu Eşqin Quliyev kobud oyuna görə birbaşa qırmızı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 2 oyunluq cəzalanır, klub 2000 manat cərimələnib.

Matç başa çatdıqdan sonra “Sumqayıt” klubunun 27 nömrəli futbolçusu Ramil Həşimzadə hakimləri təhqir etdiyi üçün futbolçu 4 oyunluq cəzalanır, kluba 4000 manat cəza kəsilib.

Oyun başa çatdıqdan sonra “Sumqayıt” klubunun baş məşqçisi Bernard Raab mətbuat konfransında iştirak etmədiyi üçün klub 1000 manat cərimə olunub.

Premyer Liqanın XXIX turunun “Qarabağ” – “Bakı” matçında “Qarabağ” klubunun 4 futbolçusu sarı vərəqə ilə cəzalandığı üçün klub 1000 manat cərimələnib.

Premyer Liqanın XXIX turunun “İnter” – “Qəbələ” matçının 81-ci dəqiqəsində “Qəbələ” klubunun 4 nömrəli futbolçusu Mahir Şükürov simulyasiyaya görə ikinci sarı vərəqə alaraq meydandan kənarlaşdırıldığı üçün futbolçu 1 oyunluq cəzalanır, kluba 200 manat cəza kəsilib.

Premyer Liqanın XXIX turunun “Xəzər Lənkəran” – “Neftçi” matçının 76-cı dəqiqəsində “Xəzər Lənkəran” klubunun azarkeşləri tərəfindən pirotexniki vasitələr istifadə olunduğu üçün klub 1000 manat cərimə olunub.

Matçın 73-cü dəqiqəsində “Neftçi” klubunun 9 nömrəli futbolçusu Flavio Aleks Valensioya simulyasiyaya görə sarı vərəqə göstərilmişdir. Lakin matçın video yazısını izlədikdən sonra adıçəkilən futbolçuya qarşı kobud oynanıldığı və hakimin qərarının yalnış olduğu aşkar edilmişdir. Bu səbəbdən də futbolçuya göstərilən sarı vərəqə ləğv edilib.

Matçın hakimlərinin idarəçiliyini Hakimlər Komitəsi dəyərləndirdikdən sonra bu haqda İntizam Komitəsinə məlumat versin.

Son yazılar

To Top