AVRO-2016-nın seçmə mərhələsi çərçivəsində martın 28-də Tofiq Bəhramov adına Respublika stadionunda Azərbaycan və Malta milli komandaları arasında keçirilmiş oyunda Namiq Ələsgərov zədələnmiş və bir müddət sonra Almaniyanın Plattling şəhərində uğurla cərrahiyə əməliyyatı olunmuşdu.
Korner.az-ın məlumatına görə, bu gündən etibarən Namiq Ələsgərov Almaniyada növbəti fizioterapiya kursuna başlayıb. Futbolçunun bütün müalicə xərci AFFA tərəfindən ödənilir.
